Sentyabrın 1-də Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib.
Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Ümummilli Liderin 100 illiyinə həsr olunan Forumun açılış mərasiminin Şamaxıda keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndərin Şamaxının tarixi və ədəbi irsi haqqında dediyi sözlər tədbirin açılışının bu şəhərdə keçirilməsinə təkan verən əsas amildir.
Ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zamanı ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Ulu Öndərin azərbaycançılıq və dövlətçilik fəlsəfəsində Azərbaycan dilinə xüsusi yer verilib. Onun siyasi fəaliyyətinə nəzər saldıqda bunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir.
Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 2-3-də Bakıda davam edəcək. Ədəbi-elmi ictimaiyyətin nümayəndələrinin qatıldığı Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılır.
Mütəxəssislərin Forumda səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…