Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib.
S.Sadıqova deyib ki, bəzi adların yazılışı ilə deyilişi arasında müəyyən fərqlər yaranır.
Orfoqrafiya prinsiplərinə əməl olunmaması baxımından bəzi adların yanlış yazıldığını deyən S.Sadıqova qeyd edib ki, şəxs adlarının yazılışı ümumi orfoqrafiya qaydaları ilə bağlı olsa da, şəxs adlarının sırf özünəməxsus yazılış qaydaları da mövcuddur.
O, əlavə edib ki, Füzuli adı “F(i)zuli” kimi tələffüz edilsə də, Füzuli, Bəs(d)i kimi tələffüz olunan ad isə Bəsti kimi yazılmalıdır. İki sadə şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılmalıdır: “Məsələn, Məmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, İbrahimxəlil, Əbdüllətif, Məlikməmməd və s. Mürəkkəb şəxs adlarından iki sait qoşalaşdıqda birinci sözün son saiti yazılmır. Məsələn, Əli+Əsgər /Ələsgər/, Mirzə+Əli /Mirzəli/, Əli+Abbas /Əlabbas/, Əli+İsa /Əlisa/ və s.. Qoşa samitli adlarda isə hər iki qoşa samit yazılır: Nurəddin, Seyfəddin, Camaləddin, Şəmsəddin, Feyzulla, Seyfulla, Nəsrulla, Nəsibulla, Qeybulla, Beydulla, Elməddin”.
S.Sadıqova bildirib ki, tərkibində “ağa”, “xan”, “bəy”, “mirzə”, “hacı”, “seyid”, “soltan”, “xanım” sözləri olan mürəkkəb şəxs adları bitişik yazılır. Komissiyanın sədr müavini belə adlara misal kimi Ağaverdi, Əlimirzə, Xanbaba, Mehdixan, Əlibəy, Mirzəli, Hacıbala, Soltansəlim, Kiçikxanım, Seyidəhməd və s. göstərib.
O, kitaba gülüş doğuran adların daxil edilmədiyini də söyləyib: “Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər. Gülüş doğuran belə adlar kitaba daxil edilməyib. Dilimizə uyğun olmadığı üçün Maqomed adı da adların siyahısından çıxarılıb. Bu ad yalnız Məmməd və Məhəmməd adı kimi verilib”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…