Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, klassik ədəbiyyatın ən yaxşı ənənələrini inkişaf etdirən H.Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. Sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.Kamal Abdulla deyib: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı idi. O, ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır. Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur”.Diqqətə çatdırılıb ki, hər zaman xalqımız tərəfindən böyük ədibin xatirəsi əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə böyük ədibin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilib. Bu, Ulu Öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…