Avqustun 15-dən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlanıb.ADPU-dan Azərtac-a bildirilib ki, rektor Cəfər Cəfərov 2019-2020-ci tədris ilində universitetə qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi haqqında əmr imzalayıb. Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 8 fakültəsinin – Filologiya, Riyaziyyat, Tarix və coğrafiya, Kimya və biologiya, Fizika, İbtidai təhsil, Məktəbəqədər təhsil, İncəsənət və fiziki tərbiyə fakültələrinin dekanlarından, dekan müavinlərindən və əməkdaşlarından ibarət sənəd qəbulu komissiyası yaradılıb. Komissiyanın məsul şəxsi Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədovdur.Sənəd qəbulu komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işlənməsi tapşırılıb. Komissiya universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…