“Azərbaycan elmi-2030: yol xəritəsi”…

12 Oktyabr 2016 13:36

Xəbər 1690 dəfə oxunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında AMEA Tibb üzrə Əlaqələndirmə Şurası və Səhiyyə Nazirliyi Elmi Şurasının birgə toplantısı keçirilib. ATU-dan Azərtac-a bildirilib ki, toplantıda “Azərbaycan elmi-2030: yol xəritəsi”, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması, elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Tədbiri açıq elan edən AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov gündəlikdə olan məsələlər haqqında məlumat verib. Artıq Azərbaycanın dünyaya inteqrasiya etmiş bir ölkə olduğunu diqqətə çatdıran N.Bayramov bildirib: “Bu günlərdə Elmlər Akademiyasında, Prezident Administrasiyasında belə bir qərar qəbul olunub ki, 2030-cu ilədək dövrdə Azərbaycan elminin əsas prioritetləri və istiqamətlərini müəyyən edək. Bütün elm sahələri üzrə, o cümlədən də tibb elmi üzrə elmi strategiyanı hazırlayıb təqdim etməliyik. Daha sonra bu strategiya Akademiyada və Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezident Administrasiyasında təsdiq olunacaq və 2030-cu ilə qədərki strategiyamız bunun üzərində qurulacaq”.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05