Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məlumatı

10 İyul 2021 22:03

Xəbər 342 dəfə oxunub

Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.Azərtac Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına istinadla xəbər verir ki, AFFA-nın bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müraciət müsbət cavablandırılıb.COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl edilməsi barədə məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.xeber100.com