Antalyada təlim-məşq toplanışında olan Azərbaycan futbol klublarından dördü yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, paytaxtın “Zirə” klubu Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Sumqayıt” isə Polşanın “Arka” komandası ilə Bakı vaxtı ilə saat 16:30-da görüşəcək. Jelko Sopiçin rəhbərlik etdiyi “Sabah” klubu Antalyadakı sonuncu sınağında Rusiyanın “Spartak-2” komandası ilə saat 17:00-da qarşılaşacaq. Paytaxtın digər klubu “Səbail” isə üçüncü yoxlama görüşündə Rumıniyanın “Voluntari” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 17:00-da start götürəcək.Qeyd edək ki, “Sabah” bundan əvvəlki yoxlama matçlarında “Kaysar”a (Qazaxıstan) 3:1 hesabı ilə qalib gəlib, “Akademika Klinçeni” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub. İlk matçında Türkiyə “Ümraniyespor”una 0:3 hesabı ilə məğlub olan “Zirə” ikinci oyununda Rumıniyanın “Sepsi” komandasına qalib gəlib – 2:0. “Səbail” Qazaxıstanın “Jetisu” klubuna 0:1, Ukraynanın “Olimpik” komandasına isə 1:3 hesabı ilə uduzub. Macarıstan “Kaposvar”ına 3:4 hesabı ilə uduzan “Sumqayıt” Rumıniya “Politexnika”sı bərabərə qalıb – 1:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…