Azərbaycan Futzal Federasiyasının məlumatı

20 Avqust 2019 14:07

Xəbər 615 dəfə oxunub

Futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bunlardan dördü – “Araz”, EKOL, “Neftçi” və “Yasamal” ötən çempionatın iştirakçısıdır. “Marafon Futsal” isə bir illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Tələbə Futbol Federasiyasının yığma komandası TFF-55 də qüvvəsini ən güclülərlə sınayacaq.“Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı) və “Quba Premyer” komandaları Yüksək Liqada debüt edəcəklər.xeber100.com