Azərbaycan Futzal Federasiyasının məlumatı əsasında…

30 Avqust 2021 11:02

Xəbər 379 dəfə oxunub

Final mərhələsi 2022-ci ildə İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının bu gün püşkü atılıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq komandamız 7-ci qrupda yer alıb.U-19 növbəti mərhələyə yüksəlmək üçün Xorvatiya, Belarus və Latviya ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il martın 15-20-də Xorvatiyada təşkil olunacaq. Yalnız qrup lideri final mərhələsinə vəsiqə qazanacaq.xeber100.com