Azərbaycan Futzal Federasiyasının məlumatı əsasında…

18 İyul 2023 15:41

Xəbər 306 dəfə oxunub

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyası xəbər verir ki, avqustun 23-də Naxçıvan təmsilçisi “İstanbul Şişli” (Türkiyə), ertəsi gün “Jahn Regensburq” (Almaniya), ayın 26-da isə Riqa (Latviya) ilə qarşılaşacaq.

Matçlar Latviyanın Salaspils şəhərindəki İdman Arenasında keçiriləcək.xeber100.com