Azərbaycan Gimnastika Federasiyası yarışlar təşkil edəcək

1 May 2021 22:56

Xəbər 514 dəfə oxunub

2021-ci ilin mayında Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.Azərtac AGF-yə istinadla xəbər verir ki, sayca 9-cu olan bu yarışlar mayın 21-23-də Milli Gimnastika Arenasında baş tutacaq.Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.xeber100.com