Tbilisidə bədii gimnastika üzrə “Keti Cup” beynəlxalq turniri keçirilib.
Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda ölkəmizi “Ocaq Sport” klubunun bədii gimnastları təmsil ediblər. Gimnastlarımız yarışdan Vətənə 9 qızıl, 8 gümüş və 5 bürünc medalla dönüblər.
Turnirdə Maya Kozaçuk 2 qızıl (gürzlər, top), 1 gümüş (çoxnövçülük), Selin Yusifova 2 qızıl (çoxnövçülük, alətsiz), 1 gümüş (top), Sara Cəlilli 1 qızıl (çoxnövçülük), 1 gümüş (alətsiz), 1 bürünc (top), Nilufər Qasımova 1 qızıl (alətsiz) və 1 gümüş (çoxnövçülük) medala sahib olublar. Suada İskakova 1 qızıl (gürzlər), 1 bürünc (alətsiz), Röya Alıkişiyeva 1 qızıl (halqa), 1 bürünc (gürzlər) və Alsu Abdullayeva 1 qızıl (alətsiz) medalla Vətənə qayıdıblar. Beynəlxalq turnirdə Ahu Aslanova (alətsiz), Fərəh Həsənova (alətsiz), İnara Abıyeva (top) və Beril Yalın (top) gümüş medala sahib olublar. Leyla Azaqova çoxnövçülükdə, Ayla Abbaszadə isə gürzlərlə yarışda üçüncü olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…