Azərbaycan Gimnastika Federasiyası turnir təşkil edəcək

3 Fevral 2020 11:31

Xəbər 561 dəfə oxunub

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.Azərtac AGF-yə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.Yarışa ilkin qeydiyyat siyahısına əsasən turnirdə 13 ölkə iştirakını təsdiqləyib.Qeyd edək ki, bu yarış mayın 27-31-d ə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.xeber100.com