Bədii gimnastika üzrə Azərbaycan və İtaliya milli komandaları arasında bu ölkənin Desio şəhərində görüş keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, görüşdə böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova mübarizə aparıblar. Həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası da yarışda iştirak edib.Mövsümün əvvəlində ənənəvi olaraq matç görüşləri keçirən İtaliya millisinin Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Millimizin üzvləri üçün Desio səfəri yoxlama məşqi xarakteri daşıyıb. Milli komandalar təcrübə mübadiləsi apararaq, proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar yeni çıxışlarını da yerinə yetiriblər. Görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.Görüşdən bir gün sonra Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva İtaliya məşqçilərinə ustad dərsləri keçib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…