Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

5 Aprel 2023 12:54

Xəbər 357 dəfə oxunub

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, komandamız bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.

Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər.

Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.xeber100.com