Olimpiya Oyunlarından əvvəl bədii gimnastlarımızın sonuncu sınağı İsraildə təşkil edilmiş Qran-Pri yarışları olub.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandasının heyətində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.Qızlarımız komandamızın hesabına 5 bürünc medal yazdırıblar. Qrup hərəkətləri komandamız yarışda “het-trik” edib. Onlar yarışın birinci günündə çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.Daha iki bürüncü isə komandamızın aktivinə A.Cəlilova yazdırıb. Gənclərin dünya çempionatının ikiqat mükafatçısı olan A.Cəlilova Qran-Pri ilə birlikdə keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə dubl edib. Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Z.Ağamirova isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…