Azərbaycan Güləş Federasiyası: Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

19 Dekabr 2022 12:48

Xəbər 375 dəfə oxunub

Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək. Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son iki günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.xeber100.com