Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında…

2 Avqust 2021 15:29

Xəbər 462 dəfə oxunub

Avqustun 3-də “Tokio-2020” Yay Olimpiya Oyunlarının güləş yarışlarında daha üç çəki dərəcəsi üzrə mübarizəyə start veriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, avqustun 2-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib. Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) – Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.Qeyd edək ki, 87 kiloqram çəki dərəcəsi üzrə görüşlər C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.xeber100.com