Sentyabrın 8-də yeniyetmələr, gənclər və böyüklərdən ibarət qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start veriblər.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, güləşin bu növü üzrə məşqlərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulub. Çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani hazırlıq prosesində qadın güləşçiləri qaydalarla tanış edib. Daha sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib.Azərbaycan Güləş Federasiyası çimərlik güləşinin inkişafı üçün müxtəlif addımlar atır. Bunlardan biri də payız, qış və yaz aylarında məşq edə bilmək üçün qapalı məkanın istifadəyə verilməsidir. Artıq Olimpiya Güləş Mərkəzinin ərazisində çimərlik güləşi üzrə zal tam hazır vəziyyətə gətirilib. Dünya Güləş Birliyinin tətbiq etdiyi standartlara uyğun olaraq hazırlanan və yüksək keyfiyyətli qumla təchiz olunmuş çimərlik güləşi zalı karantin başa çatdıqdan sonra güləşçilərin ixtiyarına veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…