Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

20 İyul 2021 12:24

Xəbər 388 dəfə oxunub

Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək.Ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə millilərimiz son hazırlıq mərhələsinə keçiblər.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcəklər.Artıq Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə birgə hazırlıq prosesini davam etdirəcəklər.Qeyd edək ki, komandalarımız Tokioya iyulun 27-də yollanacaq.xeber100.com