Hər üç güləş növü üzrə millilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirirlər.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Olimpiya Güləş Mərkəzində gündə bir dəfə baş tutan məşqlərdə taktiki-texniki çalışmalar ön plandadır. Məşqçilər korpusu güləşçilərimizin Yaponiyaya optimal formada yollanmaları üçün böyük səylə çalışır, çatışmazlıqlar üzərində gərgin iş gedir.Sərbəst güləşçilərimiz Olimpiada ərəfəsində yoxlama görüşləri keçiriblər. Məqsəd yarış ab-havasına düşməkdən ibarət olub. Olimpiyaçılarımız yerli güləşçilərlə yanaşı, sparrinq kimi ölkə xaricindən dəvət olunan pəhləvanlarla da qüvvələrini sınayıblar.Qarşılaşmaları Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında beynəlxalq dərəcəli hakimlərimiz İntiqam Alıyev, Sədi Quliyev və Elman İsmayılov idarə ediblər.Qeyd edək ki, komandalarımız “Tokio-2020”nin qaydalarına uyğun olaraq, iyulun 25-26-da COVID-19 testindən keçəcəklər. Güləşçilərimiz iyulun 27-də saat 16:45-də Bakı-İstanbul-Tokio marşrutu üzrə Yaponiyaya yollanacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…