Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

27 Yanvar 2022 14:50

Xəbər 388 dəfə oxunub

Bu gün Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub – 2:3. Digər güləşçimiz Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü dörddəbir finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.Qeyd edək ki, təmsilçimiz yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.xeber100.com