İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə iyirmi yaşadək qızlar arasında Avropa çempionatı keçiriləcək.Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək gənc qızlardan ibarət milli komandanın üzvləri ilə görüş keçirilib.Federasiyanın baş katibi Nəsimi Musayev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Avropa çempionatında iştirak edəcək komandanın tərkibində altı qız idmançı yer alıb. Romada Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcək.Qeyd edək ki, çempionatın proqramına əsasən iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…