Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

3 Yanvar 2023 13:59

Xəbər 286 dəfə oxunub

2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Ötən 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alınıb. Azərbaycan Güləş Federasiyası xəbər verir ki, milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə birinciliklərində fəxri kürsüyə qalxıblar. Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə olunub. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazdırıb. Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışında gümüş medala yiyələnib. Digər yarışlara gəlincə, sözsüz, bunlardan ən önəmlisi Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları idi. 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medal əldə edən güləşçilərimiz növbəti dəfə Azərbaycan idmanının flaqmanı olduğunu isbatladılar. İl ərzində baş tutan başqa beynəlxalq yarışlarda qazanc 36 qızıl, 31 gümüş və 50 bürünc medal olub. Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurublar. 99 idmançımız baş mükafata yiyələnib. Bundan başqa, 75 gümüş və 108 bürünc medal qazanılıb.

2022-ci il Azərbaycan güləş tarixinə rekordlar ili kimi yazıldı. Təsadüfi deyil ki, geridə qoyduğumuz ildə 30-a yaxın rekord yeniləndi. Yunan-Roma güləşində böyüklər arasında, U-17 və U-15 yaş qrupunda, sərbəst güləşdə isə böyüklərlə yanaşı, U-23 və U-17 yaş qrupunda komanda hesabında Avropa çempionu olduq. Çimərlik güləşi üzrə U-17 millimiz həm Avropa, həm də dünya çempionatında 4 qızıl medal qazanaraq maksimum nəticəyə imza atdı. Yunan-Roma güləşi üzrə yığmamızın rekord xalla komanda hesabında dünya ikinci olması da, böyük uğurlar sırasındadır. Ümumilikdə Avropa və dünya çempionatlarında komanda hesabında 16 dəfə ilk “3-lük”də yer aldıq.

Ötən il Azərbaycan Güləş Federasiyası üçün də məhsuldar alındı. İlk dəfə U-15 yaş qrupunda və çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Dünya Güləş Birliyinin (UWW) təqvim planında yer alan sonuncu beynəlxalq yarış olan “Təhsil” turniri də ilklər sırasına yazıldı. Ölkəmizdə keçirilən ilin ən önəmli yarışı yunan-Roma güləşi üzrə dünya kuboku oldu. UWW rəsmiləri yarışın yüksək səviyyədə təşkil edilməsini böyük məmnunluqla qeyd etdilər.

Sentyabrda ikiqat Olimpiya və dördqat dünya çempionu Con Smitin ABŞ-dan ölkəmizə təşrif buyuraraq Bakı, Astara və Gəncədə ustad dərsləri keçməsi, həmçinin bir neçə gün əvvəl güləşimizin canlı əfsanələrinin eyni məqsədlə Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərlə görüşü böyük maraq və rəğbətlə qarşılandı. Sözsüz, atılan bu addımlar güləşin ölkəmizdə daha da populyarlaşmasına və kütləviləşməsinə hesablanıb. Bu tip tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02