Yanvarın 13-dən 15-dək kişi həndbolçulardan ibarət milli komandamız 2026-cı il Avropa çempionatının təsnifat turnirində qüvvəsini sınayacaq.
Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, millimiz “AHF Arena”da təlim məşq-toplanışını davam etdirir.
On altı idmançının qatıldığı hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə aparılır. Fiziki hazırlığı başa çatdıran komanda toplanışın sonuncu günlərində taktiki və texniki çalışmaları yerinə yetirir. Gündə 1 dəfə olmaqla, hər gün məşq edən millinin düşərgəsində nikbin ab-hava və mübariz əhval-ruhiyyə hökm sürür.
Qeyd edək ki, millimiz Bakı İdman Sarayında keçiriləcək təsnifat turnirinə yanvarın 13-də saat 17:00-da Malta seçməsinə qarşı oyunla start verəcək. Həndbolçularımız yanvarın 14-də saat 17:00-da Böyük Britaniya seçməsi ilə qarşılaşacaqlar. Ertəsi gün isə saat 15:00-da millimiz Kipr kollektivi ilə oyuna çıxacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…