Azərbaycan Həndbol Federasiyasının məlumatı əsasında

20 Dekabr 2019 14:39

Xəbər 517 dəfə oxunub

Qadın həndbolçular arasında Azərbaycan çempionatında doqquzuncu turun oyunları keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, ikinci dövrənin sonuncu turuna “Qarabağ” – “Azərsu” oyunu ilə start verilib. Nominal ev sahibinin favorit sayıldığı görüşdə azarkeşlər gərgin idman mübarizəsinin şahidi olublar. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, “Qarabağ” komandası oyunu qələbə ilə başa vurmağı bacarıb – 35:34.Günün digər matçında isə çempionatın lideri “Azəryol” autsayder “İdman Akademiyası” komandasını böyük fərqlə – 44:26 hesabı ilə məğlubiyyətə uğradıb.Bu qələbə sayəsində xal ehtiyatını 16-ya çatdıran “Azəryol” liderliyini davam etdirir. “Qarabağ” ondan 2 xal geri qalır. “Azərsu” 6 xalla üçüncüdür. “İdman Akademiyası” komandası bütün görüşlərdə məğlub olub.Beləliklə, qadın həndbolçular arasında ölkə çempionatında martın 4-dək fasilə olacaq. Yanvarın 15-də isə Azərbaycan kuboku turnirinə start veriləcək. Həmin gün “Azəryol” – “Azərsu”, “Qarabağ” – “İdman Akademiyası” görüşləri oynanılacaq.xeber100.com