Kişi həndbolçuların Azərbaycan çempionatında dördüncü turun görüşləri keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, yarışın əsas favoriti sayılan “Məhsul” komandası “Təhsil” ilə oyunda da azarkeşlərini sevindirib. Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.Günün digər matçında imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da, daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib – 42:22.Kişilərin ölkə çempionatında növbəti turun oyunları noyabrın 16-da keçiriləcək. Həmin gün “Bakı” “Məhsul”la, “Təhsil” isə U-18 ilə üz-üzə gələcək.Aktivində 8 xalı olan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. “Bakı” ondan iki xal geri qalır. “Təhsil” iki xalla üçüncü pillədə qərarlaşıb. U-18 komandasının hələ də xalı yoxdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…