Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb. “AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.Gürcüstana yollanacaq millimizin növbəti təlim-məşq toplanışı qonşu ölkədə baş tutacaq. Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.Qeyd edək ki, Azərbaycan millisi Bakı İdman Sarayında keçiriləcək təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbolçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər.xebere100.100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…