Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

7 İyul 2023 15:59

Xəbər 299 dəfə oxunub

Həndbol üzrə yığma komandamız Avropa çempionatına hazırlığı davam etdirir.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, avqustun 5-dən 13-dək Bakıda keçiriləcək yarışa hazırlaşan on yeddi yaşadək qızlardan ibarət yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir.

On beş həndbolçunun qatıldığı hazırlıq prosesinə baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasova rəhbərlik edirlər.

Yığma komandamızın təlim-məşq toplanışı iyulun 9-dək davam edəcək.

Qeyd edək ki, milimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.xeber100