Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

10 Avqust 2021 15:07

Xəbər 392 dəfə oxunub

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, hakimlərimiz avqustun 12-də start götürəcək 19 yaşadək həndbolçular arasında Avropa çempionatına təyinat alıblar. Xorvatiyada keçiriləcək qitə miqyaslı yarışda ədaləti təmsil edənlər arasında azərbaycanlı referilər də olacaqlar.Xatırladaq ki, bu, Ernest və Emil Ağakişinin mötəbər yarışlara ilk təyinatı deyil. Hər iki hakimin kifayət qədər beynəlxalq təcrübəsi var. Avropa çempionatına dəvət də ali həndbol qurumlarının onlara etimadının növbəti göstəricisidir.Qitə birinciliyinə avqustun 22-də yekun vurulacaq.xeber100.com