Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

17 İyun 2022 14:50

Xəbər 344 dəfə oxunub

Kişi həndbolçulardan ibarət milli komanda təlim-məşq toplanışındadır.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, ölkə çempionatında göstərdiyi oyunla əsas komandaya layiq olduğunu sübut edən həndbolçularımız bir araya gələrək baş məşqçi Nasser Salimi və məşqçi Eldar Fərəcovun rəhbərliyi ilə qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirir.Qeyd olunub ki, Bakıda keçirilən toplanışın əsas məqsədi hədbolçuların fiziki, texniki və taktiki keyfiyyətlərinin artırılması, komandanın qarşıdakı beynəlxalq yarışlar ərəfəsində hazır vəziyyətə gətirilməsidir.xeber100.com