Kişi həndbolçulardan ibarət komandaların Avropa Həndbol Federasiyasının (EHF) kuboku uğrunda yarışlarında 2022-2023-cü il mövsümünə start verilib.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, qitə miqyaslı turnirdə ölkəmizi təmsil edəcək “Bakı” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Artıq Azərbaycan çempionunun rəqibi də məlumdur. Bu komandanın adı Bosniya və Herseqovinanın “Qraçanisa” və Kosovonun “Kastrioti” komandalarının oyunlarında müəyyənləşib.İki raundluq mübarizənin hər iki görüşünü 36:22 hesablı qələbə ilə başa vuran Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.“Bakı” və Qraçanisa“ komandalarının oyunları oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılır.Oyunların məkanı iki klub arasındakı razılaşmaya əsasən müəyyənləşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…