Həndbol üzrə “Azəryol” komandasının “AHF Arena” idman kompleksində keçirilən məşq prosesinə 14 idmançı cəlb edilib.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, fiziki və taktiki hazırlıqlarının artırılması üzərində işləyən kollektiv Çingiz Əzimovun rəhbərliyi ilə həftədə beş dəfə olmaqla, məşqlərə qatılır. Həm növbəti ölkə çempionatında, həm də Avropa kuboku yarışlarında uğurla çıxış edəcəyinə ümid bəsləyən həndbolçularımız gərgin məşq edirlər.Qeyd olunub ki, qadın həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku turniri davam edir. “Azəryol” qitəmiqyaslı yarışda mübarizəyə ikinci təsnifat mərhələsindən qatılacaq. Komandamız püşkatmanın nəticəsinə görə Avstriyanın “Roomz Jags” klubu ilə üz-üzə gələcək. Razılaşmaya əsasən ilk qarşılaşma oktyabrın 8-də Avstriyanın Viner Noyştadt şəhərində olacaq. Rəqiblər ertəsi gün cavab matçına da sözügedən şəhərin “Roomz Arena” idman kompleksində çıxacaqlar. İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda yarışın üçüncü təsnifat mərhələsinə yüksələcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…