“Azərbaycan Hava Yolları” QSC Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Səudiyyə Ərəbistanının daha dörd şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.Hazırda Səudiyyə Ərəbistanından olan tərəfdaşlar ilə mayın 15-dən Mədinə şəhərinin hava limanına, Ciddə aeroportuna (mayın 18-dən), Qassim aeroportuna (iyunun 15-dən) və Hail aeroportuna (iyulun 1-dən) müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.Qeyd edək ki, AZAL aviaşirkəti iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib.Bununla da, Azərbaycanın milli aviadaşıyıcısının Səudiyyə Ərəbistanında uçuşlar yerinə yetirəcəyi şəhərlərinin sayı altıya çatacaq.Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…