“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirməsinə başlayacaq. Qeyd edək ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a məlumat verilib.Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.Banqkoka yeni reyslər “Azərbaycan Hava Yolları”nın digər reysləri ilə rahat calanacaq ki, bu da Britaniyanın nüfuzlu “Skytrax” agentliyinin qiymətləndirməsinə görə postsovet məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən transfer daşınmaları planlaşdırmağa imkanı verəcək.Aviabiletin qiymətinə baqajın (23 kiloqrama kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…