Bir sıra şirkətlərin ictimaiyyətlə əlaqələr (PR -public relations) mütəxəssislərinin toplantısında “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi (Azerbaijan Public Relations Association – APRA) təsis edilib. APRA-dan Azərtac-a bildiriblər ki, “AtaHolding”, “Veysəloğlu”, “Excelsior Hotel Baku”, “Paşa Həyat Sığorta”, “Bakcell”, “AtaBank”, “Caspian Development Bank”, “Hed Akademi” şirkətlərinin PR menecerləri və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbərinin iştirak etdikləri görüşdə APRA-nın təsis edilməsi ilə bağlı məsələlər və assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olunub. “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, APRA-nın sədri İlham Məmmədov bildirib ki, yeni təsis edilən Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiya beynəlxalq PR assosiasiyalarına da üzv olacaq. Təşkilatın yaradılmasında əsas məqsəd ölkədə ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır. “AtaHolding” korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə edəcəyik. Assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı üçün şərait yaradacaq. Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Müvafiq hökumət və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələr həyata keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…