Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək

21 Dekabr 2021 14:23

Xəbər 764 dəfə oxunub

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.Иu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq.Toplantıda, həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.Qeyd edək ki, I MDB Oyunları bu il sentyabrın 4 -11-də Rusiyanın Kazan şəhərində keçirilib.xeber100.com