Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək SİYAHI

17 İyul 2017 14:50

Xəbər 1495 dəfə oxunub

Mətbuat Şurasının sədri Əflatun Amaşov yazır…”Son günlər jurnalistlərin mənzil bölgüsü ətrafında söz-söhbətlər, mülahizə və fikirlər dolaşmaqdadır. Əlbəttə, düşüncələrdəki müxtəliflik müəyyən mənada təbiidir. Axı söhbət jurnalistika ilə bağlı prosesdən gedir.Ancaq arzu edərdim ki, deyilənlər heç bir halda ümumi işə kölgə salmasın. Çünki jurnalistlərin mənzil təminatı məsələsi asan başa gəlməyib. Razılaşaq ki, sıravi media təmsilçisinin özünə mənzil alması çox çətindir. Ümumən yaşadığımız dövrdə mənzil məsələsi hər bir vətəndaş üçün aktualdır. İnsanlar dövlət ipoteka kreditləşməsi və digər üsullarla uzunmüddətli ödənişlər hesabına mənzil sahibinə çevrilirlər.Bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib.Yaxşı yadımdadır, Mətbuat Şurasının fəaliyyətinin ilk illərində ayrı-ayrı media birlikləri mövcud istiqamətdə təkliflər irəli sürmüşdülər. Bu təkliflərdə jurnalistlərin təmirli mənzillə, özü də heç bir ödəniş etmədən təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi. Yalnız müəyyən güzəştlərin edilməsi üzərində dayanılırdı.2010-cu ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Jurnalistika ilə əlaqədar baxışlarını bölüşən ölkə başçısı bir sıra problem və çətinliklərə özü diqqət çəkdi, vəziyyətlə geniş şəkildə maraqlandı.Görüşdə jurnalistlərin xeyli hissəsinin kirayədə yaşadığı, bəzilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu müzakirə edildi. Cənab İlham Əliyev məsələyə olduqca həssas yanaşdı, çıxışında konkret görüləcək işləri sadaladı.Cənab İlham Əliyev həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalamaqla media ictimaiyyətinin çoxdankı arzusunu yerinə yetirdi. Məlum olduğu kimi, sözügedən Sərəncam jurnalistlər üçün yaşayış binasının inşasını nəzərdə tutdu. Bu o demək idi ki, vaxtilə hansısa güzəştli şərtlərlə mənzil sahibi olmağa razılaşan media təmsilçiləri heç bir ödənişsiz, tam təmirli mənzillərlə təmin ediləcəklər. Təmin edildilər də.2013-cü ilin iyulun 22-də media ictimaiyyəti üçün böyük sevinc yaşandı. Dövlət başçısı “Jurnalistlər evi”nin açılışında iştirak etməklə 156 həmkarımızın xoş gününə şərik oldu, öz xeyir-duasını verdi, eyni zamanda jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoyaraq mediaya diqqət və qayğının davamlı dövlət siyasətinə çevrildiyini növbəti dəfə isbatladı.Prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında inşa edilmiş növbəti bina artıq hazırdır. Mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə namizdələrdən sənədləri qəbul etmək üçün yaradılmış komissiya işini başa vurub. Komissiya daşıdığı missiyaya tam məsuliyyətlə yanaşıb. Hər bir namizəd barədə ən xırda detallar belə nəzərdən keçirilib. Artıq mənzil sahibi olacaq 254 nəfərin siyahısı məlumdur. Onların adları tezliklə açıqlanacaq.Bütün bunları vurğulamaqda məqsədim odur ki, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev üçün mühüm əhəmiyyət daşıdığını bir daha diqqətinizə çatdırım. Yenə də deyirəm, mənzillərin bölgüsü ilə bağlı müxtəlif fikirlər və mülahizələr səslənməkdədir. Onların təfərrüatına varmaq istəməzdim. Onu da qəbul edirəm ki, hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir. Kimsə kimisə jurnalistika baxımından özündən daha zəif görə, özünü daha layiqli saya bilər.Ancaq hesab edirəm ki, hər bir məsələyə münasibətdə ortaq nöqtələri müşahidə etmək mümkündür. Əgər niyyət və məram saflığından irəli gələn ortaq nöqtələr çoxdursa, demək ki, vicdanlı yanaşma var. Sizi əmin edirəm ki, jurnalistlər üçün mənzillərin bölgüsünə prinsip etibari ilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir. Bu yanaşma ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi mütləqdir.İyulun 21-də mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər. Onlar bizlərdəndir. Özünüz də bunun şahidi olacaqsınız. Tam qətiyyətlə bildirirəm ki, jurnalistlərin mənzil siyahısı Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək. Orada qələminə sədaqəti ilə seçilənləri, peşəsinin təəssübünü çəkənləri, jurnalistika sahəsində xidmətləri olanları, illərdir zəhmətə qatlaşanları görəcəyik.Xanımlar və cənablar, dəyərli həmkarlar, bizə dostlarımızın xoş gününə sevinmək, sevinclərini bölüşmək düşər. Səbrlə o günü gözləyək. Səbrli və təmkinli mövqeyimiz özümüzə verdiyimiz dəyərdir. Bu dəyərə görə bizə, daşıdığımız peşəyə münasibət formalaşır. Lütfən, bunu da unutmayaq! Gununsesi.info

 

Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək SİYAHI

Mətbuat Şurasının sədri Əflatun Amaşov yazır...”Son günlər jurnalistlərin mənzil bölgüsü ətrafında söz-söhbətlər, mülahizə və fikirlər dolaşmaqdadır. Əlbəttə, düşüncələrdəki müxtəliflik müəyyən mənada təbiidir. Axı söhbət jurnalistika ilə bağlı prosesdən gedir.Ancaq arzu edərdim ki, deyilənlər heç bir halda ümumi işə kölgə salmasın. Çünki jurnalistlərin mənzil təminatı məsələsi asan başa gəlməyib. Razılaşaq ki, sıravi media təmsilçisinin özünə mənzil alması çox çətindir. Ümumən yaşadığımız dövrdə mənzil məsələsi hər bir vətəndaş üçün aktualdır. İnsanlar dövlət ipoteka kreditləşməsi və digər üsullarla uzunmüddətli ödənişlər hesabına mənzil sahibinə çevrilirlər.Bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib.Yaxşı yadımdadır, Mətbuat Şurasının fəaliyyətinin ilk illərində ayrı-ayrı media birlikləri mövcud istiqamətdə təkliflər irəli sürmüşdülər. Bu təkliflərdə jurnalistlərin təmirli mənzillə, özü də heç bir ödəniş etmədən təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi. Yalnız müəyyən güzəştlərin edilməsi üzərində dayanılırdı.2010-cu ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Jurnalistika ilə əlaqədar baxışlarını bölüşən ölkə başçısı bir sıra problem və çətinliklərə özü diqqət çəkdi, vəziyyətlə geniş şəkildə maraqlandı.Görüşdə jurnalistlərin xeyli hissəsinin kirayədə yaşadığı, bəzilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu müzakirə edildi. Cənab İlham Əliyev məsələyə olduqca həssas yanaşdı, çıxışında konkret görüləcək işləri sadaladı.Cənab İlham Əliyev həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalamaqla media ictimaiyyətinin çoxdankı arzusunu yerinə yetirdi. Məlum olduğu kimi, sözügedən Sərəncam jurnalistlər üçün yaşayış binasının inşasını nəzərdə tutdu. Bu o demək idi ki, vaxtilə hansısa güzəştli şərtlərlə mənzil sahibi olmağa razılaşan media təmsilçiləri heç bir ödənişsiz, tam təmirli mənzillərlə təmin ediləcəklər. Təmin edildilər də.2013-cü ilin iyulun 22-də media ictimaiyyəti üçün böyük sevinc yaşandı. Dövlət başçısı “Jurnalistlər evi”nin açılışında iştirak etməklə 156 həmkarımızın xoş gününə şərik oldu, öz xeyir-duasını verdi, eyni zamanda jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoyaraq mediaya diqqət və qayğının davamlı dövlət siyasətinə çevrildiyini növbəti dəfə isbatladı.Prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında inşa edilmiş növbəti bina artıq hazırdır. Mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə namizdələrdən sənədləri qəbul etmək üçün yaradılmış komissiya işini başa vurub. Komissiya daşıdığı missiyaya tam məsuliyyətlə yanaşıb. Hər bir namizəd barədə ən xırda detallar belə nəzərdən keçirilib. Artıq mənzil sahibi olacaq 254 nəfərin siyahısı məlumdur. Onların adları tezliklə açıqlanacaq.Bütün bunları vurğulamaqda məqsədim odur ki, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev üçün mühüm əhəmiyyət daşıdığını bir daha diqqətinizə çatdırım. Yenə də deyirəm, mənzillərin bölgüsü ilə bağlı müxtəlif fikirlər və mülahizələr səslənməkdədir. Onların təfərrüatına varmaq istəməzdim. Onu da qəbul edirəm ki, hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir. Kimsə kimisə jurnalistika baxımından özündən daha zəif görə, özünü daha layiqli saya bilər.Ancaq hesab edirəm ki, hər bir məsələyə münasibətdə ortaq nöqtələri müşahidə etmək mümkündür. Əgər niyyət və məram saflığından irəli gələn ortaq nöqtələr çoxdursa, demək ki, vicdanlı yanaşma var. Sizi əmin edirəm ki, jurnalistlər üçün mənzillərin bölgüsünə prinsip etibari ilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir. Bu yanaşma ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi mütləqdir.İyulun 21-də mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər. Onlar bizlərdəndir. Özünüz də bunun şahidi olacaqsınız. Tam qətiyyətlə bildirirəm ki, jurnalistlərin mənzil siyahısı Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək. Orada qələminə sədaqəti ilə seçilənləri, peşəsinin təəssübünü çəkənləri, jurnalistika sahəsində xidmətləri olanları, illərdir zəhmətə qatlaşanları görəcəyik.Xanımlar və cənablar, dəyərli həmkarlar, bizə dostlarımızın xoş gününə sevinmək, sevinclərini bölüşmək düşər. Səbrlə o günü gözləyək. Səbrli və təmkinli mövqeyimiz özümüzə verdiyimiz dəyərdir. Bu dəyərə görə bizə, daşıdığımız peşəyə münasibət formalaşır. Lütfən, bunu da unutmayaq! Gununsesi.info  

İyul 17, 2017 14:50

“Azərbaycanlılar türk deyil” fikrinə kəskin cavab

Arif Rəhimzadənin “azərbaycanlılar türk deyil” fikrinə Fazil Mustafanın cavabı: "Bir neçə gün öncə Rusiya deputatları ilə görüşdə Arif Rəhimzadə Azərbaycanın maraqlarını müdafiiə edən və Rusiyanın addımlarını ittiham edən çox cəsarətli çıxış etmişdii. Yəni Azərbaycan maraqlarını düşünən, dövlətçilik üçün fədakarlığa hazır olan insanlardan biri olduğuna qətiyyən şübhəm yoxdur. Bununla belə, fikrimcə başqa ölkələrin media quruluşlarının təxribatçı suallarına daha diqqətlə yanaşması lazım idi. Şəxsən mən, türk millətndən olmağı özüm üçün şərəf hesab edirəm. Bu gün dilimizin adı siyasi anlamda Azərbaycan dilidir. Elmi cəhətdən Azərbaycan dili deyilən bir dil varmı? Bu dilin mənşəyi varmı? Xalq öz dilini doğru söyləməyəcək, onu dəyişdirəcək ki, bu kiminsə xoşuna gəlməyə bilər? Necə olur ki, Azərbaycanda talış, ləzgi, udin, kürd dillərinin mövcudluğundan danışılır, ancaq türk dilinin varlığından danışmaq qəbahət sayılır? Azərbaycanda türk dili yoxdur? Əslində isə Azərbaycan adlı bir dil yoxdur. Bu dilin elmi adı alternativsiz Türk dilidir. Millətin adını azərbaycanlı deyirsən. Azərbaycanlı millət var? Bu addan bir vətəndaşlıq modeli olaraq istifadə olunur. Vətəndaşlıq modelindən başqa bu mənşə olaraq nə millətidir? Təbii ki, Azərbaycanda bütün millətlərdən var, amma dominantlıq təşkil edən türklərdir. Türklər də bütün milli azlıqların hüquqlarının qorunmasının təminatçısıdır. Həm də buna görə məsuliyyət daşıyırlar. Onda rus xalqı desin ki, biz yoxuq. Biz Rusiya xalqıyıq? Onda da bzim kimi özbəöz türk olan tatar özünə tatar desin, çeçen özünə çeçen desin, rus da desin ki, mən rusiyalıyam?Bəli Azərbaycan dövləti var, hamımız Azərbaycan vətəndaşıyıq, hamımız qanun qarşısında bərabər hüquqa malikik. Amma bu dilin adı türk dilidir. Çoxluq adı türk dili olduğu üçün azlıq da ümumi ünsiyyət vasitəsi kimi bu dili qəbul etməlidr. Necə olur ki, Anadolu türkü türk sözünü özünə şamil edir, biz türk ola-ola bunu özmüzə şamil etmirik? Sadəcə bu tanıtımı biz siyasi məqsəd kimi istifadə etməməliyik.(avropa.info)Biz onsuz da Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikik. Hansısa azsaylı xalqların narazı qalmaması üçün, yaxud da Rusiyanın xoşuna gəlmək üçün öz millətimizi danmalıyıqmı? Əksinə bunu açıq söyləyərək onlarla daha çox səmimi oluruq".xeber100.com  

Mart 3, 2017 16:02

Böhranla bağlı söylənən fikirlərə ETİRAZ…

Tibb Universitetinin dosenti Rəşid Mahmudov millət vəkilləri - Hüseynbala Mirələmovun və Hadi Rəcəblinin böhranla bağlı söylədiyi fikirlərə etiraz edib. R.Mahmudov ölkə.az-a açıqlamasında bildirib ki, sözügedən deputatlar insanları ələ salır: “Hüseynbala Mirələmova başa salmaq lazımdır ki, camaat nəyi az yeyib-içməlidir? Ay Mirələmov, sən camaatı dolamısan? Yenə müharibə getsə, cəhənnəm, adam bir təhər dözər. Belə danışanda heç utanmırsız? Guya Hadi Rəcəbli Hüseynbala Mirələmovdan yaxşıdır? Onun milyonları var. Hələ utanmadan deyir ki, müəllimlər gedib fəhlə, süpürgəçi işləsin. Hamını camaat yaxşı tanıyır. Mən Hadi Rəcəblini harada görsəm, bütün bunları şəxsən onun üzünə deyib biabır edəcəm. Onunla üzə-üzə gəlsəm, Hadi Rəcəblini biabır edəcəm. O müəllimləri təhqir edib. Axı o, müəllimləri nə hesab edir? Bəzi deputatlar deyir ki, işığın və qazın qiymətinin qalxmasının kasıb əhaliyə təsiri olmayacaq. Mən bu cür danışan deputatlara açıq çağırış edirəm: Siz uşaq başı aldatmırsınız? Necə yəni, təsiri olmayacaq? Axı çörək işıqla, qazla bişir! Qazın qiymətini qaldıranda avtomatik çörək də bahalaşacaq. İndi kimi aldadırsınız? Bəzi deputatların bu məsələ ilə bağlı məntiqsiz çıxışlarını görəndə, çox pis oluram. Ayıbdır, çıxıb televiziyada ağzınıza gələni danışmayın! Yəhudi millət vəkili Yevda Abramovun Milli Məclisdəki çıxışı çox xoşuma gəldi. O kişi doğru deyir. Axı nə qədər villa tikdirmək olar? Bir dənə evin və yatmağa, qalmağa normal şəraitin oldu, bəs edir. Daha bahalı və dəbdəbəli villalar nəyə lazımdır?"xeber100.com

Dekabr 15, 2016 12:49

Tarif Şurasının yeni qərarına ETİRAZ…

Moderator.az xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlı Tarif Şurasının yeni qərarına və bu qərara etinasız yanaşan məmurlara etirazını bildirib. Xalq şairi bu barədə deyib: "İnsan, vəzifə sahibi, millət vəkili, ailə başçısı, yaşlı-başlı adamlar kürsüdən və ya TV ekranından, milyonların gözü baxa-baxa necə yalan söyləyə billirlər, görəsən? Vicdan, məsuliyyət deyilən şey yoxdurmu bu adamlarda? Necə yeni qiymət artımı yalnız qazdan, işıqdan çox istifadə edənlərə şamil edilir, kasıb təbəqəyə təsir göstərməyəcək? Ağıl deyilən nəsnədən bir zərrəcik payı olan şəxs bu sözü necə deyə bilər? Millət avam deyil!  Məgər işıqdan, qazdan çox istifadə edənlər bu ölkədə yaşamırlar? İri şirkətlərin xərcinin artması onun işçilərinin yaşayışına, maaşına, qazancına nece təsir etməyə bilər? Bu bahalaşma kasıb xalqdan necə yan keçə bilər?Tarif Şurasının səsi çıxmamış bir anda dükan-bazarda hərə öz qiymətini fırladır üzü yuxarı... Milləti narazı salan, ölkəni sosial partlayışa aparan, dövlətin nüfuzunu sarsıdan ağılsız qiymət siyasətinə haqq qazandırmaq istəyənlərin cürük bir söykənəcəkləri var: beynəlxalq standartlar, dünya bazarındakı qiymətlər... Anlamırlar və ya bilə-bilə özlərini anlamaz yerinə qoyurlar! Bəyəm mənim vətəndaşımım qazancı, maaşı Avropaya uyğundur ki, qiymətləri də ora doğru qovursunuz? Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib! Siz  bu kütləvi soyğunçuluğun əzabını çəkən millətdən deyilsiniz?Bu yolla büdcə dolmaz! Büdcəni doldurmaq istəyirsinizsə  bu qadağaları, məhdudiyyətləri, əsassız yoxlamaları, ələbaxanlar sürüsünün araverməyən basqılarını, monopoliyanı, yolkəsmələri, erməni dönmələrinin Bakını  işğal  xəyanətlərini dayandırın, orta və kiçik sahibkarlığa imkan verin, vəzifələrə öz naşı qohumlarınızı yerləşdirməkdənsə işbilən gənclərə yol açın, islahat adına işsizlər ordusunu böyütməyin. İqtisadiyyatı şəxsi maraqlarınıza yox, iqtisadiyyat qanunlarına uyğun qurun... Xalqın səsini dinləyin!"xeber100.com

Dekabr 1, 2016 13:35