2013-2016-cı illərdə “Azərbaycan Kənd İnvestisiya Layihəsi-2” çərçivəsində Goranboy rayonunda 34 layihə həyata keçirilib. Hazırda 6 layihə icra, 4 layihə sənədləşdirmə mərhələsindədir. İki layihənin icrası ilə bağlı isə yaxın vaxtlarda əməkdaşlıq planlaşdırılır. Goranboy Rayon İcra Hakimiyyətindən Azərtac-a bildirilib ki, layihələrdən 31-i yol təmiri, 18-i icmanın abadlaşdırılması, 5-i içməli su xəttinin, 1-i isə uşaq bağçasının təmiri ilə bağlı olub. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində bu təşkilat tərəfindən Qaradağlı kənd tam orta məktəbində və Xoylu kənd uşaq bağçasında yeni istilik sistemi quraşdırılıb. Yeniyol, Goranlı, Nadirkənd, Kələk kəndlərində ümumilikdə 70 kilometr kənddaxili yol təmir edilib, birləşdirici yolun bərpası layihəsi çərçivəsində isə Boluslu-Məşədiqaralar-Eyvazlılar kəndlərini birləşdirən 11 kilometr kəndlərarası yol yenidən qurulub. Həmçinin Hazırəhmədli kəndində 5,5 kilometr yeni su xətti çəkilib, 9 bulaq tikilib, 25 kran qoyulub. Yenikənd, Qarasuçu, Balakürd, Əlirzalı, Yolqullar və Rəhimli kəndlərində abadlıq işləri aparılıb, Qarasuçu, Kələk, Rəhimli, Balakürd və Yolqullar kəndlərinin hər birində 2 ədəd avtobus dayanacağı quraşdırılıb. Bütün bu layihələrin icrası nəticəsində 407 km kəndarası yollar yenidən qurulub, 36,8 kilometr içməli su xətti çəkilib, 4 tikinti-təmir işi həyata keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…