ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarının qalibi, kikboksinqçi Bəhram Rəcəbzadə Vətənə qayıdıb.Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən idmançımız və kikboksinq üzrə milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov hava limanında təmtəraqla və musiqi sədaları altında qarşılanıb. Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Rəcəbzadəni qazandığı qızıl medal münasibətilə təbrik ediblər.Bəhram Rəcəbzadə yarışla bağlı fikirlərini bildirib: “İlk rəqibim Miroslav Vuyoviç dopinq testi verməkdən imtina etdi. O, rinqə çıxsaydı belə, mənim üçün problem olmayacaqdı. Sadəcə, ilk döyüşü keçirmədən yarımfinala çıxmağım mənim üçün üstünlük oldu ki, zədə almadım. İkinci rəqibim – ukraynalı Roman Şerbatyuk çox güclü idmançı idi. Bizim ən çox çəkindiyimiz rəqiblərdən biri idi. Şükürlər olsun ki, onu da xal hesabı ilə məğlub etdim. Həmin döyüşdə burnumdan zədə aldım və qığırdaqlar qırıldı, qan dayanmırdı. Səhərə qədər buz qoyduq, duzla yuyub qanı bir təhər dayandırdıq. Finaldakı rəqibim xorvatiyalı Anto Şiriçin boyu da, çəkisi də mənimkindən çox idi. Sadəcə, texnikası bir qədər aşağı idi. Mən də Elşən müəllimin və şəxsi məşqçim, həyat yoldaşım Nehir Rəcəbzadənin köməyi ilə bu rəqibə texniki qalib gəldim. Onu ikinci raundda nokaut etməyi hesablamışdım. Ancaq burnumdan qan açıldığı üçün döyüş üslubunu dəyişib, vaxtın başa çatmağı üçün döyüşdüm. Bu, mənim bu il peşəkar və həvəskarlar arasında ardıcıl 8-ci döyüşüm idi. İnşallah, 9-cu döyüşümü avqustda Konyada İslam Həmrəyliyi Oyunlarında keçirəcəyəm.Fürsətdən istifadə edərək bu yarışa hazırlaşmağımda mənə hərtərəfli kömək göstərən və dəstək olan federasiyanın fəxri prezidenti və İdarə Heyətinin sədri Adil Əliyevə, vitse-prezident Ramal Aslanova, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyevə təşəkkürümü bildirirəm”.Milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov isə Ümumdünya Oyunlarının proqramına kikboksinqin K-1 növünün daxil edilməsinin bu idmanı sevənlər üçün çox yaxşı hal olduğunu bildirərək deyib: “Yarışda komandamız bir çəkidə – 91 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil olunmuşduq. Bəhramın rəqibləri də son dünya çempionatının mükafatçıları idilər. Rusiyalı son dünya çempionu məlum olaylarla bağlı yarışda iştirak edə bilmədi. İdmançımızın Ümumdünya Oyunlarında qələbəsi Azərbaycan Kikboksinq Federasiyası adına böyük uğurdur. Çalışacağıq ki, İslam Həmrəyliyi Oyunlarında qızıl medalların sayını artıraq”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…