Dekabrın 20-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın dörddəbir final mərhələsinin son iki cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən birinci oyunda “Sumqayıt” klubu “Neftçi” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək qarşılaşmanın baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.Komandalar arasında birinci oyunda sumqayıtlılar minimal hesabla qalib gəliblər – 1:0.Günün sonuncu qarşılaşmasında isə “Keşlə” komandası “ASCO Arena”da “Qarabağ” ilə görüşəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 20:00-da başlayacaq.Bu komandaların birinci görüşündə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.Qeyd edək ki, Azərbaycan kuboku uğrunda yarışın digər yarımfinalçıları “Qəbələ” və “Zirə” komandalarıdır. “Qəbələ” dörddəbir finalda “Sabah”ı (3:0, 3:2), “Zirə” isə “Səbail”i (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.Yarışın birinci yarımfinal qarşılaşmasında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Digər yarımfinal matçında isə bugünkü oyunların qalibləri qarşılaşacaqlar. Yarımfinal mərhələsinin oyunları aprelin 22-də, cavab görüşləri isə bir həftə sonra təşkil ediləcək.Xatırladaq ki, Azərbaycan kuboku uğrunda turnirin sonuncu qalibi finalda “Sumqayıt” klubuna 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…