Azərbaycan kuboku uğrunda yarışın vaxtı müəyyənləşib

4 Aprel 2017 11:30

Xəbər 771 dəfə oxunub

Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı və keçiriləcək stadionları müəyyənləşib.Azərtac xəbər verir ki, aprelin 5-də günün ilk oyunu “Qəbələ” və “İnter” komandaları arasında oynanılacaq. Qarşılaşmaya saat 16:30-da Qəbələ şəhər stadionunda start veriləcək.Saat 19:30-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.Qeyd edək ki, ilk görüşlərdə “Qəbələ” komandası səfərdə “İnter”i 3:1, “Qarabağ” klubu isə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.xeber100.com