Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

20 Aprel 2022 12:52

Xəbər 377 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.Açılış matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.Əyalət təmsilçiləri indiyədək altı dəfə kubok yarışlarında rəqib olublar. Bunlardan dördü dörddəbir finala, biri yarımfinala, digəri isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var – 14:8.Digər görüşdə “Neftçi” klubu “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları dörddəbir finalda üç dəfə kəsişib. Əvvəlki altı oyunun yarısı “Zirə”nin, 2-si “Neftçi”nin xeyrinə başa çatıb. Bir görüşdə qalib müəyyənləşməyib. “Neftçi”nin vurduğu 6 qola “Zirə” 4 topla cavab verib.xeber100.com