Azərbaycan kuboku yarışlarının püşkatma mərasimi keçirilib

19 Aprel 2017 11:43

Xəbər 1025 dəfə oxunub

Aprelin 18-də futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyununun püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub.Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının final oyunu mayın 5-də Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək.xeber100.com