Şose velosipedi üzrə Azərbaycan kuboku yarışlarının üçüncü mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda (Bakı – Giləzi – Xızı – Altıağac yolu) baş tutan yarışda idmançılar qrup ötüşməsində mübarizə aparıblar.
Elit – U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar ilk yarış günündə 80, ikinci yarış günündə 100, yeniyetmə oğlanlar və qadınlar isə birinci yarış günündə 40, ikinci yarış günü isə 30 kilometr məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, təşkil edilən yarışda ümumilikdə 45 velosipedçi iştirak edib.
Yarışın ilk günündə elit – U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Kamran Mirzəxanov, yeniyetmə oğlanların yarışında Ravi Rzayev, qadınların mübarizəsində isə Viktoriya Sidorenko bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüblər.
Sonuncu yarış günündə isə elit – U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Şahin Eyvazov, yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov, qadınlar arasında isə yenidən V.Sidorenko hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazanıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…