Futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.İlk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib – 6:0.Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Ramil Şeydayev 43-cü dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb. İki dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. Matçın 84-cü dəqiqəsində fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Qarabağ” adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mərhələdə “Sumqayıt” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi “Keşlə” isə mübarizəni dayandırıb.Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də “Sabah” “Neftçi”ni, fevralın 13-də isə “Qəbələ” klubu “Sumqayıt”ı, “Səbail” komandası isə “Zirə”ni qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…