Futbol üzrə Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.Azərtac xəbər verir ki, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub. Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb. “Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıblar.Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…