Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində 5 oyun keçirilib.Azərtac xəbər verir ki, mərhələnin ilk matçı “Star-karqo”ların dueli olub. Görüş “Star-karqo-2”nin qələbəsi ilə başa çatıb – 6:4.İkinci matçda “Yasamal” və “Yurd” komandaları qarşılaşıblar. “Yasamal” ardıcıl 4 qol vursa da, ikinci hissədə toparlanan “Yurd” 5:4 hesabı ilə qələbə qazanmağı bacarıb.“Red Line”–“Borçalı” dueli də kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçib. Hər hissədə bir qol vuran Birinci Liqa təmsilçisi “Red Line” minimal hesablı qələbə sayəsində cavab matçına cüzi də olsa, üstünlüklə çıxacaq – 2:1.Günün növbəti matçında “Araz” komandası “Baker Huges” ilə qarşılaşıb. “Araz”ın rəqibini böyük hesabla yenəcəyi isə gözlənilən idi. İkinci matçı formallığa çevirən Yüksək Liqa təmsilçisinin heyətində debüt edən Eşaq Soorgali qol hesabını açıb. Qarşılaşma 17:2 hesabı ilə qələbə qazanıb.Günün sonuncu oyununda da qələbəni Yüksək Liqa təmsilçisi – “Marafon” qazanıb. Fasiləyə qədər cəmi bir qol vuran “Marafon” ikinci hissədə fərqi artırsa da, 26-cı dəqiqədə “Altay” sona qədər mübarizəsini davam etdirib. Nəticədə İkinci Liqa klubu fərqi minimuma endirməklə intriqanı ölməyə qoymayıb. Amma son dəqiqədə daha iki dəfə rəqib torunu silkələyən “Marafon” ikinci oyuna üstünlük qazanıb – 4:1.Fevralın 7-də “Premier Quba”–“Bibi-Heybət”, “Bakur Fire”–“Advokat”, “Neftçi”–“Gənclik”, “Record club”–“Hövsan”, “Baku Fans”–“Zəngilan”, ertəsi gün “Forza Neftçi”–“Badamlı”, “Bakı”–“Nəqşicahan”, EKOL–NTD, “Yasamal”–“Atletiko Baku”, “Standard”–“Dalğa” və “Xızı”–“Baker Tilly” oyunları təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…