Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start verilib

11 Dekabr 2017 13:01

Xəbər 694 dəfə oxunub

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start verilib.Azərtac xəbər verir ki, mərhələnin ilk oyunda “Keşlə” klubu “Kəpəz”i qəbul edib. Matçın 18-ci dəqiqədə Pərdis Fərcad hesabı açıb. Görüşün 41-ci dəqiqəsində Rəfael Məhərrəmli hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.Günün ikinci oyununda “Neftçi” “Zirə”nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 86-cı dəqiqədə David Manqa vurub.Dörddəbir final mərhələsinin növbəti oyunları dekabrın 11-də “Qəbələ” – “Səbail”, “Qarabağ” – “Sumqayıt” klubları arasında keçiriləcək.xeber100.com