Azərbaycan Kubokunun yarımfinal mərhələsində

1 May 2019 13:02

Xəbər 419 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.Milli.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı Zirədə olacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadırlar. Bu kollektivlər arasına cari çempionatda baş tutan 4 görüşdən 3-də “qartallar” qələbə qazanıblar. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.Digər yarımfinal matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Ancaq cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Bunlardan üçündə “Qarabağ”, birində isə “Qəbələ” sevinən tərəf olub.xeber100.com